“Çöldə taksi şoferini də tutsan, zümzümə edər.”

8 Mart 2014 13:30 (UTC+04:00)

Movqe.azxəbər verir ki. "Atv maqazin" verlişinə müsahibə verən Respublikanın Xalq artisti Brilliant Dadaşova, son zamanlar efirlərdən onu hədəf seçdiyini iddia etdiyi küsülü olduğu həmkarlarına elə onlar sayağı, üstüörtülü cavab verib:


"Çöldə taksi şoferirni də tutsan, elə zümzümə edər ki sənin üçün." Qarşısındakı fortopiononu göstərən cazibədar sənətkar, "Hünər budur amma, musiqiçi olmaq" sözləri ilə bu mövzuda fikirlərinə yekun vurub.


Brilliant xanım, "Atv maqazin"in ötən buraxlışında ona duet təklifi edən dəyərli sənətkarımız Flora Kərimovaya da cavab verib:


"Mənim üçün çox böyük şərəf olar Flora xanım kimi sənətkarla duet oxumaq. Flora xanım kimi, Ajda Pekan kimi dəyərli sənətkarlara mən heç vaxt duet təklifi etməyi düşünməmişəm. Amma, iş indi belə gətirdi ki, bu təklifi Flora xanım özü mənə etdi, böyük məmnuniyyətlə."


Müxbirin, "Mahnını kim seçəcək?" sualına Brilliant xanımın cavbı belə olub:


"Əlbəttə Flora xanım seçəcək mahnını. O, hansı mahnını istəsə onu da oxuyacayıq."


Qeyd edək ki, verlişin ötən buraxlışında Flora Kərimova- "Brilliant istəsə, lap onun tanallığından da bu dueti oxumağa razıyam" deyib.