Mehdiabad qəsəbəsində yaşayan gənc qadın çoxlu miqdarda sirkə turşusu içərək özünə qəsd etmək istəyib.
Yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılan Səadəti xilas etmək
üçün təcili tibbi yardıma müraciət olunub. Həkimlərin səyi
nəticəsində gənc qadının həyatını xilas etmək mümkün olub.
Hələlik onun intihara cəhd etməsinin səbəbi bəlli deyil. Faktla
bağlı araşdırma aparılır.