BQXK Azərbaycanla təmas xəttində saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir

8 Mart 2014 13:25 (UTC+04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan vətəndaşının Azərbaycan ərazisində saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.

BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova movqe.az-a açıqlamasında bildirib ki, hazırda qurum öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.Qeyd edək ki, martın 7-də Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı saxlanılıb.