Zaqatalada qətl törədən şəxs axtarılır

8 Mart 2014 15:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 7-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisindən kənd sakini Elxan Teymurxanov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ağsu rayon sakini Murad Mustafayev tərəfindən törədilməsi müəyyən edilib.

Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.