Göyərçin yanğına səbəb oldu

8 Mart 2014 16:15 (UTC+04:00)

Göyərçin çoxmənzilli evin yanmasında günahkar bilinib. Binanın çardağında yuva salan göyərçinin gətirdiyi tüstülənən siqaret kötüyü fəlakətə səbəb olub.

 

Londonun cənubunda Stokuelledə yerləşən üç mərtəbəli yaşayış  binasından yanğın nəticəsində 9 insan  köçürülüb. Hadisə yerinə gələn polis uzun müddətd yanğının nə səbəbdən baş verməsini araşdırıb və yarı yanmış quş yuvası tapdıqda çox təəccüblənib.

 

Göyərçinlərin yanğına səbəb olması London üçün ilk dəfə deyil. 2007-ci ilin yanvar ayında göyərçinlər ofis binasının tamamilə yanmasına səbəb olub. Binanın çardağında yerləşən quş yuvasında  çoxsaylı siqaret kötükləri tapıldıqdan sonra günahkar bəlli olub.