Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb

8 Mart 2014 19:07 (UTC+04:00)

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini Şəbnəm Musayevanın mənzilindən qızıl əşyalar və bankomat kartı oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə oğurluq edən şəxslər saxlanılıb.

Məlum olub ki, oğurluq edən şəxslər Məmmədəli Məmmədov, Estate Mikoladze və Georgi Gridalaşvili Gürcüstan vətəndaşlarıdır.

Onların hər birinin üzərindən 400 qrama yaxın tiryək və heroin aşkarlanıb.