Günün qoroskopu
8 Mart 2014 10:22 (UTC+04:00)
Movqe.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları
"Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim
edir
Qoç - hər şeyi ataraq dünyanın o biri başına yollanmaq
istəyirsiniz. Bu hiss müvəqqətidir. Emosiyalara aldanmayın. Bir
qədər əvvəl verdiyiniz öhdəlik və vədləri unutmayın. Təmkinli olun,
hərdəmxəyal insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlar
sizi diqqətlə müşahidə edirlər.
Emosional davranış ciddi problemlərə səbəb ola bilər.
Günün ikinci yarısı birgə layihələr, ümumi məqsədə çatmaq üçün
səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideya və ya
niyyət münaqişə, qarşıdurma, münasibətlərin aydınlaşdırılması ilə
korlana bilər.
Dözümlü, səbrli olun.
Buğa - gün ərzində yaranan imkanlar və formalaşan şanslardan
məntiqlə istifadə edin. Belədə böyük uğura nail olmaq imkanları
var. Yaradıcılıq, peşəkar fəaliyyət, təhsildə ciddi irəliləyişlərə
nail ola bilərsiniz. İntellektual imkanlarınızın tətbiqini tələb
edən işlərdə irəliləyə bilərsiniz.
Maliyyə imkanları və perspektivləri baxımından əlverişli gündür.
Qiymətli hədiyyə və gəlir istisna deyil.
Səfər və səyahət uğurlu alınacaq.
Əkizlər - diqqət gözləyir, özünüzü tanıtmağa çalışırsınız. Belə
davranış başqa günlərdə, bəlkə də, yerinə düşər, amma indi absurd
nəticəyə səbəb ola bilər. Təbii, səmimi davranın. Yalnız belə olan
halda məqsədə çata biləcəksiniz.
Diqqət mərkəzində olduğunuz zamanda özünüzü reklam etməyin. Ev
işləri və məişət qayğıları üçün əlverişli gündür. Maliyyə
məsələlərində ehtiatlı olun. Riskli işlərə pul yatırmayın,
bədxərclik etməyin.
Yaşam ortamında yeniliklər edə bilərsiniz. Axşam saatlarını sakit
istirahətə həsr edin. Dəvət aldığınız tədbirə yollanmaqla bağlı
qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün.
Xərçəng - çətin və mürəkkəb problem həllini gözləyir. Qeyri-adi,
amma çox effektiv çözüm yolunu tapa bilərsiniz. Faydalı praktik
vərdişlərin əldə olunması, bilik və təcrübələrin artırılması üçün
münasib zamandır. Yaradıcılıq potensialı yüksəkdir. Cəsur
ideyalarınızı intensiv şəkildə həyata keçirə bilərsiniz.
Yaşlı qohumlar üçün düşərli gündür. Onların müdrik məsləhətləri
karınıza gələcək.
Günün ikinci yarısında səfər və ya gəzintiyə yollanmaq olar.
Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.
Şir - uğurlu və xoş gündür. Sizi maraqlı görüşlər, söhbətlər
gözləyir. Hisslərinizə hakim olun, düşünülmüş qərarlar qəbul edin.
Diqqəti özünüzə cəlb etmək üçün izafi səylər göstərməyin. İmiclə
eksperimentlər etmək, qarderobu yeniləmək olar.
Diplomatcasına davranış, səbr, sayıq davranış sizə ən xoşagəlməz,
ünsiyyətdə çətin insanlarla təmaslarda da gözlənilən nəticəni əldə
etməyə imkan verəcək.
Ailədə çoxdan bəri çözülməmiş problemi həll etmək olar. Uydurma
iradlara fikir verməyin.
Qız - rəğbət və dost münasibətilərinə can atdığınız insanlarla
görüş üçün münasib gündür. Onlarda özünüzlə bağlı xoş təəssürat
yaratmağa çalışın. Bilik və bacarıqlarınızı, təcrübənizi nümayiş
etdirin. Qətiyyətli qərara və iradəli addıma hazır olun. Çoxdan
bəri təxirə saldığınız, ertələdiyiniz ideyanı reallaşdırmağa
başlayın.
Sevimli insanla ünsiyyət günün ikinci yarısında sizi xüsusilə
sevindirəcək. Hansısa məsələdə kompromis qərarın əldə olunması və
ya ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, emosional
davranmayın.
Tərəzi - səbrli, soyuqqanlı, təmkinli olun. Mahiyyət etibarilə pis
olmayan günü düşünülməmiş hərəkətlər və ekstravaqant, anlaşılmaz
qərarlarla pozmayın.
Sözlərinizdə haqlı ola bilərsiniz. Amma sərt açıqlamalar xətrinə
dəymək istəmədiyiniz insanı incidə bilər. Bunu etməyin. Günün
emosional fonu stabil deyil. İstənilən problem sizi təbdən çıxara
bilər.
Dəvət aldığınız bütün tədbirlərə yollanmayın. İnsanların gur olduğu
yerdən kənar durun. Açıq havada aktiv istirahət əhvalınızı
yaxşılaşdıracaq, kefinizi kökəldəcək.
Anlaşma və sövdələşmələr məsləhət deyil.
Əqrəb - arzular və istəklərin həyata keçməsinə çalışmaq, sözsüz,
pis deyil. Lakin elə davranış sizə baha başa gələ bilər.
Yolveriləndən artıq pul xərcləməyin, bədxərclik etməyin. Qənaətdə
fayda var. Alış-verişə yollananda vaxtında "dayanmağı" bacarın.
Günün ikinci yarısı əlverişlidir. Bir qədər əvvəl başladığınız işi
başa vurun. Son vaxtlar sizi maraqlandıran suallara cavab ala
bilərsiniz. Hisslərinizi etiraf etmək və ya sadəcə, sevdiyiniz
insanla səmimi danışıq üçün əlverişli gündür.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Oxatan - mübahisə və diskussiyalarda iradəli olun. Sizə gərəkli
işin başa çatdırılması üçün qətiyyətli davranın. Əsla geri
çəkilməyin. İddia və iradlarınızın arqumentlər bazası zəif
olmamalıdır. Belədə indiyədək yalnız özünü absolyut həqiqət carçısı
sayan insanlar belə, sizi dinləyəcəklər.
Yeni ideyalar yaranır. Həmin ideyaların reallaşdırılmasında sizə
yardım edən şəxslər tapılacaq.
Günün ikinci yarısında fiziki əməyə xüsusi önəm verin. Belə əmək
sizi yormayacaq, əksinə, gümrahlıq verəcək.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Oğlaq - yeni və genişmiqyaslı işə, sərfəli sifarişin icrasına
başlaya bilərsiniz. Aktiv, enerjili, nikbin olun.
Alış-veriş və maliyyə məsələlərinin həlli üçün əlverişli gündür.
Soyuqqanlı və təmkinli olun, bədxərclik etməyin, hesablamalarda
yanılmamağa çalışın.
Günün ikinci yarısında alacağınız təklifə dərhal cavab verməyə
tələsməyin. Situasiyanı və perspektivləri aramla dəyərləndirin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Dolça - ünsiyyətdə problemlərinizin olduğu insanla təmasları
minimuma endirin. Gərgin, mürəkkəb gündür. Görüş və danışıqlarda
diqqətli olun.
Dostlar çətin anlarda sizi tək qoymayacaq. Ciddi yanaşma və xüsusi
diqqət tələb edən işləri ertələyin.
Maliyyə məsələlərini çözməyə çalışmaq, pulla bağlı əməliyyatlara
başlamaq məsləhət deyil. Əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.
Kimsəyə borc verməyin.
Axşam saatlarında qəfil qonaq gələ bilər.
Balıqlar - ətrafınızdakı insanların hamısına ifrat dərəcədə
güvənməyin. Sizi indiyədək aldadan və ya yarı yolda qoyan insanlara
etimad göstərməyin. Fırıldaq qurbanı olmaq, başqalarının
hiyləgərlik və ya intriqasının toruna düşmək riski var. Diqqətli
olun. Planlaşdırılmış işləri unutmayın, görüşə tələsməyin,
anlaşmaları pozmayın.
Günün ikinci yarısında yaxınlarınızdan birinin sizdən küsməsinə
şərait yaratmayın.
Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma, sövdələşmələr
üçün əlverişli gün deyil. Köç, yerdəyişmə və ya yaşamda nəyisə
köklü şəkildə dəyişməyə can atmaq məsləhət deyil.