Qeyd edək ki, Bakıda iki küçə sürücülərin üzünə bağlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Həsən bəy Zərdabi və Şərifzadə küçəsi təmirlə əlaqədar birtərəfli işləyirlər. Bu səbəbdən də, avtomobillərin hərəkatı məhdudlaşdırılacaq.
Vaqif Əsədovun sözlərinə görə, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Qısa müddətdə yolda təmir-tikinti işləri başa çatdırılacaq.
Türkan Nadirqızı
Movqe.Az