Bu gün Bakıda atəşfəşanlıq olacaq

15 İyun 2012 12:44 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu gün saat 21.00-da Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, saat 21:00-da Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək.

Saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.

Türkan Nadirqızı

Movqe.Az