Azərbaycan sinoptikləri isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb
15 İyun 2012 14:06 (UTC+04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb
küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə
20-25, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti
olacaq.
Dəniz suyunun temperaturunun
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərdə 24-25,
Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil,
Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 16-da hava əsasən yağmursuz
keçəcək. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi
rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı
var. Şərq küləyi əsəcək, axşam qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40
dərəcəyədək isti, dağlarda gecə 12-17 isti, gündüz 25-30 isti
olacağı gözlənilir.
İyunun 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam
edəcəyi, gündüz saatlarında Bakı və Abşeron yarımadasında 35-38,
yarımadanın bəzi yerlərində 40, Naxçıvan MR-nın və aran bölgəsinin
bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil
edəcəyi gözlənilir.
İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun
tədricən aşağı enəcəyi gözlənilir.