"Catel"i əvəzləyəcək yeni operatorun yaradılması nəzərdə tutulmur"

23 Noyabr 2011 20:13 (UTC+04:00)

"Catel" operatoru fəaliyyətindəki texniki çatışmazlıqlara görə hazırda xidmət göstərə bilmir. Onu əvəzləyəcək hər hansı şirkətin yaradılması nəzərdə tutulmur. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə deyib:

"Operatorun şəbəkəsində müəyyən dövrdə bir sıra texniki problemlər olub. Bu problemlər tədricən aradan qaldırılmaqdadır. Onu əvəzləyəcək hər hansı şirkətin yaradılması və ya "Catel"in başqa şirkətin tərkibinə verilməsi də nəzərdə tutulmur".