Sarkozi də şorgöz çıxdı...

16 İyun 2012 18:47 (UTC+04:00)
Fransanın sabiq prezidenti Nikola Sarkozinin partiyadaşı Mari-Seli Qiyomun yeni kitabı çapdan çıxıb. Lent.az-ın "The Local" nəşrinə istinadən verdiyi məlumata görə, Xalq Hərəkatı Uğrunda Partiyanın 58 yaşlı üzvü kitabında Nikola Sarkozini şorgözlükdə ittiham edib. 

Mari-Seli Qiyom yazıb ki, hadisə sosial layihəyə maliyyə vəsaiti ayrılması xahişi ilə bağlı Yelisey sarayına gedən zaman baş verib. Nikola Sarkozi Mari-Seli Qiyomdan seksual xarakterli bir neçə xahiş edib, bununla da yüksək seksual ehtirasda olduğunu nümayiş etdirmək istəyib. 

Nikola Sarkozi hələ Mari-Seli Qiyomun yazdıqlarına reaksiya verməyib. O, hazırda həyat yoldaşı Karla Bruni ilə birlikdə yaşayır.