Qadınlarını cinsi istismar məqsədi ilə İrana aparan şəxs müəyyənləşib

16 İyun 2012 14:17 (UTC+04:00)
Azərbaycanda qadınların cinsi istismar məqsədi ilə İran İslam Respublikasına aparıldığı üzə çıxıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Aygün İsmayılova gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları İran İslam Respublikasına apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.