Müsəlmanlarla Buddistlər arasında dava düşdü
16 İyun 2012 14:38 (UTC+04:00)
"Asia Times" bildirir ki, mayın 28-dən bəri davam
edən küçə döyüşlərində artıq 50 nəfər həlak olub, ən azı 54 nəfər
yaralanıb.
Toqquşmalar Myanmanın Banqladeşlə sərhədində,
Rakhayn ştatında yaşanır. Ştatda artıq fövqəladə rejim tətbiq
edilib.
Toqquşmalar buddistlərin müsəlmanlara hücumları
ilə başlanıb.
Onların dediklərinə görə, bir qrup müsəlman
buddist qızı zorlayandan sonra qətlə yetiriblər.
Əhalisinin əksəriyyəti buddistlər olan Rakhaynda
müsəlman olan rohinca tayfası yaşayır. BMT rohincaları dünyada ən
çox zor tətbiq olunan milli və etnik azlıq hesab edir.