Azərbaycanda ağır qəza: ölən və yaralılar var

16 İyun 2012 18:35 (UTC+04:00)
Mövqe.Az xəbər verir ki, Bakı-Quba yolunda ağır qəza baş verib.

Hadisə zamanı 1 nəfər ölüm 2 nəfər isə yaralıdır. Qeyd edək ki, bu hadisəyə səbəbkar taksi sürücüsü olub.

Məlumata görə, 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası səhər saat 5 radələrində baş verib. Sürücü Quba rayon sakini Əbil idarə etdiyi "Kia Rio" markalı avtomobili təmir üçün tökülmüş qum təpəsinə çırpıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri dünyasının dəyişib, ikisi isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma işləri aparılır.

Türkan Nadirqızı

Movqe.Az