"Mühteşem Yüzyıl " da Sultan Süleymanın qazancı məlum oldu

16 İyun 2012 19:31 (UTC+04:00)

Mövqe.Az Türkiyə mətbuatına istinadən yazır ki, "Mühteşem Yüzyıl " ın Sultan Süleymanı, Halit Ergenç və həyat yoldaşı Bergüzar Korel gəlirlərini açıqladı.   "Mühteşem Yüzyıl  " ın Sultan Süleymanı önümüzdəki sezon bölümü üçün 30 000 dollar alacaq. Türk mətbuatının hesablamasına görə, Halit Ergenç aylıq 120 000 dollar qazanır.

Onun həyat yoldaşı Bergüzar Korel də bu ildən yaradıcılığına dönür. O da, aylıq məvacibini qaldırıb və həftəyə 15 000 dollar qazanacaq. Beləliklə, Korelin aylıq gəliri 60 000 dollar təşkil edəcək.

Hal-hazırda onlar  3 yaşlı oğlu ilə 10 günlük  Nyu-Yorka istirahətə  getməyə hazırlaşır.