Fransa siyasətində qısqanclıq buludları

16 İyun 2012 20:22 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Fransanın Prezidenti François Hollandenin həyat yoldaşı Valerie Trierveiler "Twitter"də yazdığı mesajla bazar günkü seçkilərdə Hollandenin köhnə partneri Seqolene Royalın rəqibini dəstəklədiyini bildirib.

Trierveiler "Twitter"də Seqolene Royalın yarışdığı rəqibi sosialist Olivier Falorniyə şans dilədiyini yazıb. Hollande isə, seçkilərdə köhnə partneri Royala tam dəstək verdiyini bildirib. Seqolene Royal, yeni ''first lady''nin atdığı "tweet" ilə əlaqədar heç bir şey deməyib. François Hollande və Seqolene Royal 30 il birlikdə yaşayıblar və onların 4 uşaqları dünyaya gəlib. Seçki əvvəlində Falorni, Seqolene Royalın səsini qazanması üçün namizədlikdən çəkilməyi rədd edib və bu səbəblə partiyadan atılıb. Bazar günü keçirilən seçkilərin birinci turunda Falorni, çox az səs Royaldan geridə qaldı.