“Facebook”a “Chrome”dan yenilik

18 İyun 2012 14:25 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Facebook"da mesajları silmək bir az vaxt apaır. Amma "Chrome" istifadə edirsinizsə vəziyyət elə deyil.

"Facebook"da mesajlarınızı silmək çox da asan bir iş deyil: Bir mesajı silmək üçün o mesajı seçməyimiz, əməliyyatlar menyusunu açmağımız və "mesajları sil"ə basmağımz lazımdır. Ancaq "Facebook Fast Delete Messages" adındakı "Chrome" əlavəsi ilə bud aha asand başa gəlir.

Belə ki, "Facebook Fast Delete Messages" mesajlarınızın sağ tərəfinə qırmızı bir X simvolu əlavə edir. "Facebook"un fərz edilən, mavi rəngli X düyməsinə basdığınızda mesajınız silinmir, bunun yerinə arxivdə qalır. Ancaq əlavə göstərilən qırmızı X-ə basdığınızda mesaj tamamilə silinir (bu əməliyyat üçün təsdiqiniz istənmir). Beləcə mesajlarınızı tək tək açmadan, tez bir şəkildə silməniz mümkündür.