Krala qumdan tac hədiyyə etdi

18 İyun 2012 16:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bütün dünyada tanınan məşhur Ukraynalı qum animasiyası sənətçisi Kseniya Simonova Tayland Kralı Bhumibol Adulyadeja qumdan tac hədiyyə edib. Taylandın paytaxtı Banqkokta Kral Adulyadeja üçün təşkil edilən bir fəaliyyətdə səhnəyə çıxan Simonovanın yaratdığı animasiyalar göz  oxşayıb. Simonova yaratdığı əsərlərlə səhralaşma prosesinə, susuzluğa, quraqlığa, müharibəyə və sülhə diqqət çəkib. Daha sonra Kral Adulyadejın xalqına olan sevgisini qum dənələriylə dilə gətirən məşhur sənətçi çəkdiyi tacı Krala hədiyyə edib.

Xatırladaq ki, 1985-ci ildə Ukraynada anadan olan sənətçi dünyanın qabaqcıl qum animasiya sənətçisi olaraq bilinir. O, iştirak etdiyi bir çox qum sənəti yarışında birincilik mükafatını alıb.