Dünyada bir ilk

19 İyun 2012 11:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyada ilk dəfə bir xəstəyə öz kök hüceyrələrindən hazırlanmış damar nəqli əməliyyatı edilib. Əməliyyat İsveçrədə yaşayan 10 yaşındakı bir qıza tətbiq edilib. Elm adamları ölü bir xəstədən alındıqdan sonra bütün hüceyrələrdən təmizlənilərək yalnız boş bir boru halına gətirilən 9 santimetr uzunluğundakı damarda qızdan alınan sümük iliyi üceyrələrini 2 həftə davam edən bir müddətdə böyüdərək yeni bir damar halına gətiriblər. Çıxarılan damarı xəstəyə nəql edən həkimlər damarın qızın öz kök hüceyrələrindən çıxarılmış olması səbəbiylə ona toxuma uyuşmazlığını örtəcək dərmanlar vermək məcburiyyətində qalmayıb.