Rusiya Suriyaya hərbi gəmi göndərəcək

19 İyun 2012 13:07 (UTC+04:00)

Movqe.Az bildirir ki, Suriya vətəndaş müharibəsinə yaxınlaşarkən Rusiya bu ölkədəki vətəndaşlarını və donanma əsasını qorumaq üçün bölgəyə iki hərbi gəmi göndərəcək.

Rus İnterfaks agentliyinin adı açıqlanmayan bir Dəniz Qüvvələrinin rəsmisinin verdiyi məlumata əsaslanaraq, Qaradəniz Flotuna bağlı Nikolay Filçenkov və Sesar Kunikov adlı amfibik gəmilərinə səfər əmri verilib.

Suriyanın Tartus Limanına göndəriləcək gəmilərdə Suriyadakı rusları qorumaq və lazım olduğu təqdirdə Tartus Dəniz Əsnasındakı vəsaitləri boşaltmaq üçün dəniz piyadaları olacaq. Gəmilərdə saxlanılacaq piyada sayı açıqlanmayıb. Rusiya Müdafiə Nazirliyi xəbəri hələ təsdiqləməyib.

"Plandan xaric səfər" adı verilən Tartus limanına qatılacaq iki hərbi gəminin Sivastopol Limanından ayrılış tarixi açıqlanmayıb. Rusiya Hava Qüvvələri Komandirliyi isə, Suriyaya gedəcək hərbi gəmilərə havadan dəstək verəcəklərini söyləyib. Rusiyanın keçmiş Sovetlər Birliyindən başqa tək dəniz əsası Tartusdadır.