Rusiya, ABŞ və Fransa Ermənistan və Azərbaycanı Qarabağa dair qərarın təxirə salınmasına çağırıb

19 İyun 2012 17:48 (UTC+04:00)

Movqe.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiya, ABŞ və Fransa prezidentləri Meksikada Los Cabosda, G20 sammitində Dağlıq Qarabağ probleminə aid bəyanatla çıxış ediblər: "Biz ATƏT-in Minsk Qrupunda təmsil olunana Fransa, Rusiya və Amerika Birləşmiş Ştatlarının prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhtəliyində birik. Münaqişə tərəfləri sülhə nail olmaq üçün qəbul olunan vacib qərarların icrasını gecikdirməməlidir. Azərbaycan və Ermənistan prezidentlərinin bizim 26 may 2011-ci ildə qəbul etdyimiz birgə bəyanatımızda müəyyən etdiyimiz mütləq addımları atmadıqlarından təssüflənirik. Bunula yanaşı, tərəqqi hərtərəfli sülh üçün təkan verməlidir" – deyə, Vladimir Putin, Barak Obama və Fransua Hollande bəyan edib.

Ölkə başçıları Ermənistan və Azərbaycan liderlərini 23 yanvar Soçi görüşündə Qarabağ münaqişəsinin həlli üçün razılıq əldə edilməsinin "sürətləndirilməsi" barədə öhtəliklərini yerinə yetirməyə çağırıblar.

Rusiya, Ransa və ABŞ prezidentlərinin bəyannaməsində deyilir: "Biz tərəfləri Helsinki Yekun Aktının prinsiplərinə, xüsusilə güc və ya zorakılıq tehdidi, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı Muskoka 2009-cu və 2010-cu illərdəki Laquila hesabatlarına rəhbərlik etməyi çağırırıq".

Ölkə prezidentləri qeyd ediblər ki, münaqişə müharibə yolu ilə həll edilə bilməz. Bu yalnız xalqlarının yaşadığı əzab və çətinlikləri uzadacaq: " Yalnız sülh ilə həll yolu regionların təhlükəsiz və firavan gələcəkyinə təminat verə bilər".

"Bizim ölkəmiz, tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək. Onların ATƏT-in Minsk qrupunun həmsədrləri kimi yardımdan istifadə etmək üçün imkanları var. Son nəticədə sülh yenə də ölkələrin razılaq əldə etmə hazırlığından, qarşılıqlı anlaşmadan asılı olacaq" – deyə, bəyanatda açıqlanıb.