Əfqanıstandan da təhlükəlidir

21 İyun 2012 15:49 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da xüsusilə yay aylarında turistlərin tətillərini keçirmək üçün ən çox seçdiyi şəhərlərin arasında Çikaqo da var. Ancaq Çikaqonun bir pis tərəfi də var. Bir araşdırmaya görə, bu ilin ilk 5 ayında Çikaqoda 228 adam cinayətə qurban gedib. Ekspertlər, yay aylarında Çikaqoda cinayət nisbətinin artdığını da vurğulayıblar.

"Russia Today" televiziyasının internet səhifəsində yayımlanan xəbərə görə, ABŞ-ın Çikaqo şəhəri, ABŞ-ın 11 ildir döyüş münasibətində olduğu Əfqanıstandan daha təhlükəlidir. Xəbərdə, bu ilin ilk 5 ayında 228 adamın cinayətə qurban getdiyi, eyni dövr içində Əfqanıstanda isə yalnız 144 ABŞ əsgərinin qarşıdurmalarda öldüyü bildirilib.