Rəhim Rəhimli uzaqgörənlik etdi - FOTO

23 İyun 2012 13:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Röya və Niyamın yaxtada keçən təqdimatı zamanı səhnədə ilk addımlarını atan yaraşıqlı gənc müğənni Fərid Mərd hər kəsi heyran edib. 

Səhnəyə çıxıb öz performansını nümayiş etdirən Fərid emosionallığı, aktivliyi və enerjisi ilə tamaşıcılara özünü sevdirə bilib. Bunu görən məşhur şoumen və bəstəkar-müğənni Rəhim Rəhimli gənc müğənniyə onu bəyəndiyini söyləyib. Həm gitara ifaçılığı, həmdə görünüşlə Türkiyənin pop ulduzu Kənan Doğuluya bənzədiyini qeyd edən Rəhim Rəhimli ona:

"Sən Azərbaycan səhnəsinin Kənan Doğulusu olacaqsan!" – dedi.

Özü bəstələdiyi ritmik mahnını ifa edən Fərid Röyanın da qəlbinə yol tapdı: "Oxuyursan ki, qız məni buraxdı, mən "cocuğam". Bu boyda da "cocuk" olar? Məncə, səni tapan çətin buraxar, elə yaxşı saxlayar ki. Yalnız bir məsləhətim var - dayanmadan üzərində işlə! Çalışan və istedadlı gənclərə biz hər zaman dəstək oluruq" - deyə, Röya bildirdi.

Bu sözlərdən ruhlanan gənc müğənni Fərid Mərd: "Bu sözlərdən sonra sevincimdən uçmaq istəyirəm. Bu etibarınızı doğrultmaq üçün dayanmadan öz üzərimdə daha çox işləyəcəyəm" – deyə, xoşbəxtliyini gizlətmədi.

Kənan Doğulu potensiallı həmin gənc müğənni Fərid Mərdin ən maraqlı səhnə görüntülərini sizə də təqdim edirik:

Türkan Nadirqızı

Movqe.Az