Bakıda yaşayış evində partlayış olub

23 İyun 2012 21:48 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, partlayış zamanı ölənlər olub.

Dünən saat 17:30 radələrində Bakıda yaşayış evində partlayış olub.

Hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, 30 ünvanında qeydə alınıb.

Hadisə yerinə gələn yanğın söndürənlər yanğının qarşısını ala biliblər.

Lakin həmin ünvanda qaz sızması nəticəsində yanğına keçən partlayış baş verib. Nəticədə evdə olan bir nəfər - 54 yaşlı Zübeydə Dadaşova aldığı yanıq xəsarətindən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az