Ərdoğan müxalifət liderləri ilə görüşəcək

24 İyun 2012 19:17 (UTC+04:00)

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün müxalifət liderləri ilə görüşəcək. Ərdoğanın dəvəti əsasında reallaşacaq görüşdə Suriyanın Türkiyəyə məxsus qırıcı təyyarəni vurması məsələsi müzakirə ediləcək.

İlk görüş Türkiyə vaxtıyla saat 14:00-da Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə olacaq.

Saat 16:00-da baş nazir Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı, saat 18:00-da isə Barış və Demokratiya Partiyasının lideri Səlahəddin Dəmirtaşla görüşəcək.