Cenifer Lopezin sevgilisi alfonsdur
25 İyun 2012 11:56 (UTC+04:00)
Movqe.Az
Daily Mail-ə istinadən xəbər verir ki, Kasper Smart,
Cenifer Lopezin gənc sevgilisi ondan istifadə edir. Bu haqda
məlumatı Kasperin keçmiş dostu Corş Ayres verib. Corş Ayresin
sözlərinə görə, Kasper Smartın Cenifer Lopezlə münasibətinin
əsl səbəbi sevgi deyil, sadəcə özünə reklam qazanmaq və
müğənninin pulunu xərcləməkdir. Corş onu da qeyd edib
ki, Kasperin bəxti onda gətirdi ki, onun eks sevgilisi Ayşa
Frensis onu Cenifer Lopezin yanında işə düzəltdi. Ayşa söyəyib
ki: " Bir də televizoru açanda gördüm ki, Kasper Smart Cenifer
Lopezlə görüşür. Kasper, Cenifer Lopezin bütün kaprizlərini,
istəklərini- özünə lazım olanları alana qədər
yerinə yetirəcək. İstədiklərinə nail olduqdan sonra isə o,
Ceniferdən də ayrılacaq". Cenifer Lopez də Kasper Smartın
yaradıcılığına yaxından dəstək olur. Onun aktyorluq məktəbinin
bütün xərclərini ödəyir.