Misirin yeni prezidenti ilk tövsiyə

25 İyun 2012 12:45 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bazar günü Misirdə prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. "Müsəlman Qardaşları"nın namizədi Məhəmməd Mursi Hüsnü Mübarəkdən sonra Misirin ilk prezidenti olub.

Yeni prezidenti ilk təbrik edən ABŞ olub. Təbrik məktubunda ölkənin bütün partiyalarını təmsil edəcək hökumətin təşkili tövsiyə olunur.

Qeyd edək ki, iyunun 16-17-də keçirilən seçkilərin nəticələri ayın 21-də elan olunmalı idi. Amma Seçki Komissiyası çoxlu sayda şikayətlərin olduğunu söyləyərək, nəticələrin elanını bazar gününə kimi təxirə salmışdı. Aparılmış araşdırmalar saxtakarlıq olduğunu göstərsə də, nəticələrə təsir etməyib.

Misirin Ali Hərbi Şurası isə hökumət səlahiyyətlərini iyulun 1-də prezidentə təhvil verəcək.