İranın səfiri qayıtdı

25 İyun 2012 20:37 (UTC+04:00)
İran İslam Cümhuriyyətinin Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya qayıdıb.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib. O, səfirin Azərbaycana dönərək vəzifəsinin icrasını davam etdirdiyini söyləyib. 

Xatırladaq ki, M. Bəhrami mayın 21-də məsləhətləşmələr üçün Tehrana çağırılmışdı.