Dələduz qadınlar yaxalandı

1 May 2014 11:47 (UTC+04:00)
Bakıda axtarışda olan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Kəmalə Qarayeva tutulub.
Bundan başqa Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Mədinə Rəhimova tutulub.