Antibiotiklərlə müqavimət qlobal təhlükədir

1 May 2014 12:24 (UTC+04:00)

BMT-yə yaxın Dünya Səhiyyə Təşkilatı ( WHO) , antibiotiklərə qarşı bədən müqavimətinin artmasının "böyük bir qlobal təhlükə " meydana gətirdiyi xəbərdarlığını edib.


Son hesabatında 114 ölkədən alınan məlumatları araşdıran WHO-ya görə bədən müqavimətindəki artım "dünyanın hər bölgəsində" davam edir.


WHO bu gün ictimaiyyətə açıqlanan hesabatında dünyanın artıq "antibiotikdən sonrakı dövrdən" keçdiyinə diqqət çəkib.


Təşkilat bu dövrdə insanların müalicə edilə bilən sadə xəstəliklər ucbatından həyatlarını itirdiklərini vurğulayıb.


Təcili olaraq tədbir alınmamasının dağıdıcı nəticələri olacağını vurğulayan təşkilat , yeni antibiotiklər inkişaf etdirilməsi lazım olduğu xəbərdarlığını edir.


WHO son hesabatı üçün sətəlcəm , ishal və qan yoluyla bulaşan infeksiyalar kimi ən sıx görülən xəstəliklərə gətirib çıxaran yeddi fərqli bakteriyanı araşdırıb.


Edilən araşdırmalarda bəzi ölkələrdə xəstəliklərin yarısından çoxunun müalicəsində istifadə edilən iki təməl antibiotikin artıq işə yaramadığı təyin olunub.


"Médecins sans Frontiers"( Sərhəd Tanımayan Həkimlər ) təşkilatından həkim Cenifer Con , DST-in hesabatının bütün hökumətlər üçün xəbərdarlıq xüsusiyyətində olduğunu söyləyib. Con , dünyanın problemlə mübarizə üçün təcili olaraq qlobal  hərəkət planına ehtiyac duyduğunu vurğulayıb.