Özəl ali məktəblərdə qiyabi təhsilə qadağa

1 May 2014 12:32 (UTC+04:00)
Azərbaycan dövlət starategiyasına uyğun olaraq, TQDK planında dəyişiklik edilib.  ANS PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli deyib. O bildirib ki, 2014-2015-ci illər üzrə TQDK planında əyani qəbul planı 13 % artırılıb. C.Valehli həmçinin əlavə edib ki, bunun əvəzində isə qiyabi plan 2 dəfə azaldılıb. Özəl ali məktəblərdə isə 2014-2015-ci illərdə özəl ali məktəblər üçün qiyabi plan dayandırılıb. Bundan başqa pedoqoji ixtisaslar üzrə qəbul yalnız, Qafqaz, Xəzər və Qızlar universitetinə verilib. Orta ixtisas təhsil müəssələrində real tələbata uyğun olaraq ötən ilə nisbətən 4400 yer azaldılıb.