"Galaxy S5"in Google Play Edition versiyası gəlir

1 May 2014 13:17 (UTC+04:00)

Google , Nexus əvəzinə yeni model telefonunu istehsal edəcək .

"Google"ın cihaz satışı etdiyi Play səhifəsində ortaya çıxan bir görüntü Galaxy S5 Google Play Edition versiyasının tezlikl bazara çıxarılacağını göstərir ; lakin səhifədə cihazın adı olaraq Galaxy S4 istifadə olunur. 

Bu baxımdan hələ satışa başlanmadığı üçün elanda bir səhv olduğu və rəsmi təqdimat ilə birlikdə bu səhvin də aradan qaldırılacağı düşünülməkdədir.


Movqe.Az xəbər verir ki, Play Edition cihazları qiymət baxımından originallarından fərqlənmir Galaxy S5 Play Edition modeli də Android 4.4.2 Kit Kat fond əməliyyat sistemi ilə satışa çıxarılacaq və sonrakı yenilikləri ən sürətli şəkildə alacaq . Hələlik modelin nə vaxt satışa təqdim ediləcəyi isə bilinmir.