Bu yolda hərəkət məhdudlaşdırılacaq

1 May 2014 13:48 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbərdarlıq edib. Movqe.az xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən (Heydər Əliyev prospekti ilə kəsişmədəki tuneldə tam olaraq) məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.