Eşidən lampalar - Video

1 May 2014 14:15 (UTC+04:00)

 Heç bir şübhə yaratmayan bu lampalar danışıqlara "qulaq asacaq" və "eşitdiklərini" sosial şəbəkələrdə yayımlayacaq.


Movqe.az  Qərb mediasına istinadən xəbər verir ki, "Konversnitç lampası" adı verilən bu qurğu bu yaxınlarda Manhettanda keçirilən sərgidə nümayiş etdirilib. 2  Nyu York sakinini beyninin məhsulu olan bu lampa sınaq üçün bir neçə ay işləyərək "eşitdiklərini" Twitterdəki @conversnitch hesabında yayıb. 



İxtiraçılar bildirib ki, hazırlanmasına cəmi bir neçə saat vaxt sərf olunan və hazır məhsulu 100 dollara başa gələn belə sadə texniki qurğu yaratmaqda məqsəd insanları məxfilik problemləri haqqında düşünməyə vadar etməkdir.