Bakının Suraxanı rayonunda polisə 17 yaşlı qızın zorlanması
barədə məlumat daxil olub. Polis daxil olan şikayəti araşdırmağa
başlayıb. Araşdırmalar zamanı bəzi məqamlar üzə çıxıb. Məlum
olub ki, bir müddət öncə Qaradağ rayonunda yaşayan 17 yaşlı
məktəbli qız evdən qaçıb. Qız Suraxanı rayonunda yaşamağa
başlayıb. Qızın valideynləri övladlarının itməsi barədə polisə
şikayət ediblər. Polisin apardığı axtarışlar zamanı məktəbli qız
tapılıb. Qız polisə verdiyi ifadəsində Nizami adlı oğlan tərəfindən
zorlandığını bildirib. Onun sözlərinə görə, Nizami ilə "555" adlı
gecə kulubu ilə görüşüb. Sonradan oğlan onu ünvanını bilmədiyi evə
aparıb. Oğlan orada qızı zorlayıb.
Polis şikayət əsasında adıçəkilən şəxsi tapıb. Sonradan məlum olub
ki, əslində oğlan qızı zorlamayıb. "Oğlan bildirib ki, heç bir
zorlama olmayıb. Gənc oğlanın sözlərinə görə, pul qarşılığında qız
ona intim xidmət göstərib. Düşünürük ki, qız valideynləri
tərəfindən tənbeh olunmamaq üçün zorlanması barədə yalan danışıb.
O, istəyib ki, valideynləri onun halına acısınlar. Buna baxmayaraq,
biz materialı prokurorluğa göndərdik", - deyə Suraxanı rayon 31-ci
polis bölməsindən bildirilib.