Temperatur 30 dərəcəyə yüksələcək
2 May 2014 10:40 (UTC+04:00)
Bu gün Azərbaycanda havanın temperaturu 30 dərəcəyə yüksələcək.
Movqe.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən
buludlu, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Axşam hava arabir tutulacaq. Havanın
temperaturu gecə 10-13° isti, gündüz 21-26°, günün birinci
yarısında yarımadanın bəzi yerlərində 29° isti olacağı gözlənilir.
Bakıda gecə 12-14° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil
edəcəkdir. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz, lakin axşam
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
gözlənilir. Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30°,
bəzi yerlərdə 33° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi,
Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz, lakin axşam və
gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
ehtimalı var. Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-24°
isti olacağı gözlənilir.Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında, əsasən, yağmursuz olacaq. Havanın
temperaturu gecə 9-14° isti, gündüz 25-30° isti olacağı
gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında, əsasən, yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Havanın
temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti olacağı
gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz
olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 25-30°, bəzi yerlərdə
33° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran,
Astara rayonlarında, əsasən, yağmursuz olacaq. Səhər dağlarda duman
olacağı ehtimalı var. Havanın temperaturu 10-14° isti, gündüz
24-29° isti, dağlarda gecə 6-10° isti, gündüz 19-24° isti olacağı
gözlənilir.