Azərbaycanda 70 nəfər qidadan zəhərləndi

25 İyun 2012 22:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, son bir ay ərzində Azərbaycan əhalisi arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib. 

 Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmə hadisələrindən 70 nəfər zərər çəkib.

Qeyd edək ki, may ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 107 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.

Türkan Nadirqızı

Movqe.Az