Bakıda kişi özünü 6-cı mərtəbədən atdı

2 May 2014 13:45 (UTC+04:00)

Bakıda daha bir dəhşətli intihar olub. Paytaxt sakini özünü 6-cı mərtəbədən aşağı atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nərimanov rayonu Çaykovski küçəsində yaşayan Teyyub Şərifov 6-cı mərtəbədə yerləşən mənzilinin eyvanından özünü atıb. Xəsarətlə xəstəxanaya yerləşdirilən T. Şərifov orada ölüb. Faktla bağlı araşdırma aparılır.