Azərbaycanlı müğənni seriala çəkilir – FOTO

6 Aprel 2012 15:10 (UTC+04:00)

Müğənni Mehin Hümbətova gərgin iş rejimində yaradıcılıq fəaliyyətini davam etdirir. Movqe.Az xəbər portalının məlumatına görə, M.Hümbətova həm repertuarında yer alan iki mahnısına çəkiləcək kliplərə hazırlaşır, həm də hazırda yeni çəkilən serialda baş rolun ifaçısıdır.

M.Hümbətova yaradıcılığı ilə bağlı Movqe.Az-a danışdı. O, iki lirik mahnısını klip çəkdirəcəyini dedi:  " "Roman" və "Sənsiz darıxdım" adlı mahnılara çəkiləcək kliplərə hazırlaşıram. "Roman" mahnısının rejissoru Ceyhun İbrahimoğlu və müğənni Sadiq Məmmədovla yeni duetimiz olan "Sənsiz darıxdım" mahnısının rejissoru isə Cəlal Kəngərli olacaq. Ümumiyyətlə, hər şəxs bunu bilsin ki, tez-tez efirlərdə görünməyin tərəfdarı deyiləm və buna görə də, verilişlərdə az görünürəm".

Müğənni serialla bağlı da ətarflı məlumat verməyə tərəddüd edirdi. Amma müəyyən məlumatları gizlətmədi. O, faciə janrında olan serialda baş rolun ifaçısı olduğunu bildirdi: "Bir müddət yaradıcılığımda fasilənin olmasına səbəb, seriala çəkilməyim ilə bağlıdır. Hələ ki, serial barədə mətbuata məlumatın verilməsinə icazə yoxdur. Onu deyə bilərəm ki, serialda baş rolun ifaçısıyam. Faciə janrında olan serial bir çox ailələrdə yaşanan problemlərdən bəhs edir. Həqiqətəndə Azərbaycanda analoqu olmayan bir serial ekranlara gələcək. Serialda mənim tərəf müqabilim məşhur aktyor və aktrisalardır. Serialda çəkilən aktyorlardan xalq artisti Tariyel Qasımovun və Vidadi Hüseynovun adını çəkə bilərəm. Gərgin iş rejimi ilə çalışmağımıza baxmayaraq, inşallah, tezliklə hər şəxs yeni işimizin şahidi olacaq", - M.Hümbətova dedi.


Fuad Mədətov