Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı rəsmi açıqlama

2 May 2014 15:26 (UTC+04:00)

 "Ötən gün Yevlax rayonunda doğuş zamanı baş verən ana və uşaq ölümün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. A. Qədirli bildirib ki, uşaq ölü doğulub: "Uşaqda intranatal ölüm baş verib və əməliyyat nəticəsində qanaxma olub. Elə buna görə də, ananı xilas etmək mümkün olmayıb".

 Qeyd edək ki, 1983-cü il təvəllüdlü Pərvanə Qurbanova Xaldan qəsəbə xəstəxanasında doğuş zamanı dünyasını dəyişib. Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb. P. Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.