Azərbaycanda Nazirliyin yeni tərkibi təsdiqləndi

2 May 2014 16:35 (UTC+04:00)

Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının yeni tərkibini təsdiqləyib. Movqe.az ın verdiyi məlumata görə, Kollegiyanın sədri nazir Səlim Müslümovdur. Kollegiyanın üzvləri nazirin müavinləri İdris İsayev, Mətin Kərimli, Natiq Məmmədov, İlqar Rəhimov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadır.