Azərbaycanlı universitet müəllimi zəmanətlə azadlığa buraxılıb

2 May 2014 16:54 (UTC+04:00)

İranda azərbaycanlı universitet müəllimi zəmanətlə azadlığa buraxılıb.

 

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Mehdi Purbayrami üç aydan çox həbsdə saxlanıldıqdan sonra ailəsinin qoyduğu 2 milyard riyal mülk girovu qarşılığında Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.

 

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kəleybər şöbəsinin əməkdaşları azərbaycanlı müəllimi yanvarın 24-də ata evində həbs edərək naməlum yerə aparıblar. Onun bir sıra şəxsi əşyaları və kompüteri də müsadirə edilib. Azərbaycanlı müəllimin nədə ittiham olunduğu açıqlanmasa da, onun "Facebook" sosial şəbəkəsində İran hökuməti əleyhinə tənqidi fikirlər yazdığına görə tutulduğu ehtimal edilir. M.Purbayram ixtisasca mühəndis-mexanikdir və Kəleybər Vahid Azad Universitetində dərs deyib.