Rusiya tərəfdarları 3 vertolyot vurdu

2 May 2014 03:32 (UTC+04:00)

Ukrayna Ordusunun Rus tərəfdarı nümayişçilərə qarşı başlatdığı əməliyyatda , Slavyansk şəhərində orduya aid 3 vertolyotun salındığı bildirilib.


Movqe.Az xəbər verir ki, Ukraynanın şərqində Rusiyaya birləşmək istəyən nümayişçilərin dövlət binalarını ələ keçərmələrilə böyüyən hadisələrdə Ukrayna Ordusu aktivistlərə qarşı anti- terrorist əməliyyat başlatmışdı. Ölkənin şərqindəki Slavyansk şəhərində sıxlaşan əməliyyata 20 vertolyot əlavə edildiyi bildirilir. Üsyançıların vertolyotların üçünü saldığı və bir pilotun həyatını itirdiyini , digərinin isə üsyançılar tərəfindən tutulduğu iddia edilib.