Şəxsiyyət vəsiqəsi ilə bağlı yeni xəbər

2 May 2014 21:12 (UTC+04:00)

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri təsdiq edilib.

Yeni rüsum dərəcələri Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiq olunan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin 10 gün müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirlməsinə görə 25 manat, 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur.

Qanun 2015-ci il dekabr ayının 1-dən qüvvəyə minir.