Ukrayna ordusu müharibəni udur
2 May 2014 19:07 (UTC+04:00)
Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin
böyük hissəsini nəzarətə götürüb.Ukrayna Hərbi-Siyasi Araşdırmalar
mərkəzinin rəhbəri Dmitriy Tımçuk bildirib ki, Ukrayna qoşunlarının
bu səhər Slavyanskda başladıqları anti-terror əməliyyatı zamanı
rusiyameyilli separatçılar geri çəkilmək məcburiyyətində
qalıblar.
Onun sözlərinə görə, hazırda separatçıların
yaratdıqları postlar dağıdılır. Artıq şəhər telemərkəzi
terrorçulardan təmizlənib: "Terroristlər qaçmağa çalışırlar.
Seperatçıların əsas müqavimət məkanları şəhərin cənub-şərqində
qeydə alınıb".