Gülmək hafizəyə kömək edir

3 May 2014 00:08 (UTC+04:00)

Məlumata görə yumor hissi güclü olan insanlar digər insanlara nisbətən daha sağlam olurlar.

Gülmək stressi azaldaraq immunitet sistemini qüvvətləndirməyə kömək edir.

Bundan əlavə hər kəs tərəfindən bilinməyən faydaları var. Xüsusi ilə yaddaşı gücləndirməyə xeyirlidir.

ABŞ-da yerləşən Loma Linda Universitetinin elm adamlarının tədqiqatlarına görə yaşlıları güldürən hadisələr ya da mövzular hafizədə daha yaxşı qalır.

Film həvəskarı olanlardan əldə edilən tədqiqat nəticələri göstərib ki, komedia filmləri daha təsirlidir. 

Elm adamları, gülməyin yaddaşa mənfi təsir edən stressi səviyyəsini azaltdığını və xoşbəxtlik hormonunu artırdığını bildirib.

Onuda qeyd etmək lazımdır ki, tədqiqat nəticələri İngiltərədə nəşr olunan "Daily Mail" qəzetində dərc olunub.