Milli Məclisdə Xoşqədəmin söhbəti düşdü

2 May 2014 19:32 (UTC+04:00)

Deputatlar "Səni axtarıram"a baxır

 

Bu gün parlamentin iclasında millət vəkili Siyavuş Novruzov maraqlı fikirləri ilə yadda qalıb.

 

Televiziya və mətbuatı tənqid edən deputat tamaşaçıların maraq dairəsinə də toxunub: "İndi Xoşqədəmin verilişinə hamı baxır, hərə də bir yerdə ağlayır. Cəmiyyətin tələbatı nəbzlə bilinir. Biri qazanc, digəri təhlükəsizlik haqda düşünür. Lap burada qızıl xırdala, əgər vətəndaşa maraqlı deyilsə, bunu qəbul etməyəcək.   Biz siyasi partiya kimi mətbuatla ünsiyyətdəyik. Hərə bir portal açıb, 5-6 uşağı da yığıb ora. Zəng edirlər, başlayırlar bilmədiyi məsələ haqda suallar verməyə. Bu yolla çalışırlar gündəmdə qalsınlar və s. Əlbəttə, savadlı və peşəkar jurnalistlər var".