Bakının bir rayonunda qaz olmayacaq

3 May 2014 14:00 (UTC+04:00)
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

Movqe.az xəbər verir ki , "Azəriqaz" İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən  verilən məlumata görə, məhdudiyyətlər Xətai rayonu Xocalı prospektindən keçən 273 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız 1100 p/m hissəsinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş 315 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

İşlər başa çatanadək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.