Odessanın hüquq mühafizə orqanları 2 mayda şəhərin
mərkəzində vahid Ukrayna tərəfdarları ilə əleyhdarları arasındakı
toqquşmanın 130-dan çox iştirakçısını
saxlayıb.
Movqe.az xəbər verir ki, bu barədə vilayətin milis
idarəsi bildirib.
Hüquq mühafizə orqanları "Kütləvi iğtişaşlar",
"Qəsdən adam öldürmə", "Hüquq-mühafizə orqanlarına qarşı təhdid və
zorakılıq", "Dələduzluq", "Dövlət və ictimai binaların zəbt
edilməsi", "Mülkiyyətin qəsdən məhv edilməsi və zay edilməsi"
maddələri ilə 10 cinayət işi açıblar.
Hazırda saxlanılanların dindirilməsi gedir.
Məlumatda qeyd edilir: "Milis günahkarların məsuliyyətə cəlb
edilməsi üçün ondan asılı olan və olmayanları
edəcək."
Odessada dünən baş verən qarşıdurmada 43 nəfər
həyatını itirib, 22 milislə birlikdə 200 nəfər xəsarət alıb.
Faciəvi hadisələrlə bağlı şəhərdə üçgünlük matəm elan
edilib.